Ankaranın əsas yolları və prospektləri boyunca yerləşən rəqəmsal reklam lövhələrində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbrik mesajları yerləşdirilib.
Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib
Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü Türkiyə paytaxtının şəhər bələdiyyəsi tərəfindən dəstəklənib.
Bələdiyyənin reklam lövhələrində bu sözlər yazılıb: “Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!”.