Vaxtilə ANS TV-də çalışaraq tamaşaçıların rəğbətini qazanan aparıcı Gülnarə Məmmədova televiziya fəaliyyətini davam etdirməməsi ilə bağlı danışıb.
O, efir karyerası ilə yanaşı, aparıcılıq etdiyi ilk layihələrdən biri olan "Kamerton" verilişinin hazırlıq prosesinə də toxunub. Gülnarə Məmmədova proqramın hər buraxılışına xüsusi diqqətlə hazırlaşdığını bildirib.