Antibiotiklərin həddindən artıq və nəzarətsiz istifadəsi yalnız bağırsaq sağlamlığına deyil, insanın psixoloji vəziyyətinə də təsir göstərə bilər.
Pravda.az bildirir ki, araşdırmalara görə, bağırsaq mikrobiomu ilə beyin arasında sıx əlaqə mövcuddur. Bağırsaqlarda yaşayan trilyonlarla mikroorqanizm həzm prosesindən əlavə, hormonların istehsalında və beyin funksiyalarının tənzimlənməsində də mühüm rol oynayır.
Antibiotiklər bağırsaq florasının tarazlığını poza bilər
Antibiotiklər zərərli bakteriyalarla yanaşı, faydalı mikroorqanizmləri də məhv edə bilər. 2018-ci ildə “Nature” jurnalında dərc olunan araşdırmada antibiotik istifadəsinin bağırsaq mikrobiomunun tərkibində ciddi dəyişikliklərə səbəb olduğu müəyyən edilib. Bəzi faydalı bakteriyaların müalicədən aylar sonra belə tam bərpa olunmadığı müşahidə edilib.