Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Aptekdən 35 min manat oğurlandı

Paylaş:
Aptekdən 35 min manat oğurlandı
Bizi Google News-da izləyin

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb.

DİN-dən verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən digər obyektlərə də daxil olaraq talama cinayətləri törədib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər