Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Aqil Abbas: “Mən Fərhad Bədəlbəylinin səviyyəsində deyiləm”

Paylaş:
Aqil Abbas: “Mən Fərhad Bədəlbəylinin səviyyəsində deyiləm”
Bizi Google News-da izləyin

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə səsləndirdiyi “İstəyirik ki, mədəniyyətimiz Prezidentin səviyyəsində olsun. İstanbula getmədi “şah”, Şuşaya gəldi “mat”... Bu böyük siyasətdir. Biz fəxr edirik və istərdik ki, mədəniyyətdə, ədəbiyyatda səviyyəmiz onun səviyyəsində olsun” fikirləri maraqla qarşılanıb. Çıxışında dediyi ifadələrdən sonra mədəniyyət sahəsinin inkişafında mövcud olan çatışmazlıqlar müzakirə mövzusunda çevrilib.

Pravda.az-a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, Fərhad Bədəlbəyli çox böyük bir sənətkardır. Deputat bildirib ki, onun sözünün üzərinə söz deyə bilməz: “Mən onun səviyyəsində deyiləm. O, çox yüksəkdədir. Fərhad Bədəlbəyli dünya səviyyəli sənətkardır, pionoçudur, musiqişünasdır. Nə deyirsə düz deyir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər