Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib

Paylaş:
Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
Bizi Google News-da izləyin

Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən verilən xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Paylaş:

Ən son xəbərlər