Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Avropa hibrid avtomobillərin idxalını məhdudlaşdırır

Paylaş:
Avropa hibrid avtomobillərin idxalını məhdudlaşdırır
Bizi Google News-da izləyin

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə hibrid minik avtomobillərinin idxalı üzrə kvotaları təsdiqləyib. Yeni məhdudiyyətlər dekabrın 1-dən qüvvəyə minəcək və 200 gün ərzində tətbiq olunacaq.

Bu barədə Avropa Komissiyasının rəsmi saytında məlumat verilib.

Məhdudiyyətlərin tətbiqinə hibrid avtomobillərin idxalında müşahidə olunan kəskin artım səbəb olub. Bu artım 2024-cü ildə Aİ-nin Çin istehsalı olan elektromobillərə gömrük rüsumları tətbiq etməsindən sonra başlayıb. Avropa avtomobil bazarındakı ümumi artıma baxmayaraq, yerli avtomobil konsernləri bazar paylarını itirməyə başlayıblar. Bu isə onların fəaliyyətini təhlükə altına qoyub.

İllik hesablamaya əsasən, kvotalar aşağıdakı kimi müəyyən edilib:

- Çin - 350 000 avtomobil (müvəqqəti tədbirlərin qüvvədə olduğu dövr üçün təxminən 191 000 avtomobil);

- Yaponiya - 310 000 avtomobil;

- Türkiyə - 230 000 avtomobil;

- Böyük Britaniya - 190 000 avtomobil;

- Cənubi Koreya - 105 000 avtomobil.

Oxu.az

Paylaş:

Ən son xəbərlər