Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb

Paylaş:
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Bizi Google News-da izləyin

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik vasitələrlə əlaqədar istintaq çərçivəsində aktyorlar Özcan Dəniz və Dəniz Çakır da daxil olmaqla, 35 nəfər saxlanılıb.

İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq İdarəsi "fahişəlik", "narkotik vasitələrin ticarəti", "narkotiklərin təminatı", "narkotiklərin istifadəsi və ya saxlanması" faktları üzrə geniş istintaqa başlayıb.

Şübhəli şəxslərin, məlumatlı şəxslərin, şahidlərin ifadələri, müsadirə edilmiş mobil telefonlar və rəqəmsal materialların ekspertizası əsasında yeni dəlillər aşkarlanıb. Dəlillər əsasında narkotik vasitələrin istifadəsi və ya saxlanması ilə bağlı şübhələr yaranıb, prokurorluq istintaqa başlayıb.

Prokurorun qərarına əsasən, istintaqda müəyyən edilmiş 35 şübhəli, o cümlədən aktyor, müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır saxlanılıb.

Report

Paylaş:

Ən son xəbərlər