Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dublində Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.
Pravda.az xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Həmin səfər çərçivəsində müzakirə olunmuş məsələlərin icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulandı.