Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İqtisadiyyat

Azərbaycanda bu yağın satışı dayandırıldı - FOTO

Paylaş:
Azərbaycanda bu yağın satışı dayandırıldı - FOTO
Bizi Google News-da izləyin

Ukraynadan Azərbaycana idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, "Qədiroğlu" MMC tərəfindən idxal edilən, Ukraynanın "Ratnovskiy molokozavod" MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81.5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Yoxlama zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib.

Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib.

Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan "Renet" müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb.

Azərbaycanda daha bir idxal yağının satışı dayandırıldı - Foto

Azərbaycanda daha bir idxal yağının satışı dayandırıldı - Foto

Azərbaycanda daha bir idxal yağının satışı dayandırıldı - Foto

Paylaş:

Ən son xəbərlər