Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Azərbaycanlı dənizçi Finlandiyada həbs olundu

Paylaş:
Azərbaycanlı dənizçi Finlandiyada həbs olundu
Bizi Google News-da izləyin

Finlandiyada "Fitburq" gəmisinin kapitanı və botsmanı kabel çəkilişi qaydalarını pozduqlarına görə həbs ediliblər.

Məlumata görə, Helsinki Dairə Məhkəməsi "Fitburq" gəmisindən olan iki dənizçini Yeni il gecəsində Fin körfəzində baş verən hadisə zamanı kabellərə zərər dəyməsində təqsirli bilib.

Ağır təxribat törətdiklərinə görə rusiyalı kapitan Andrey Maksimenko 3 il 6 ay, azərbaycanlı dənizçi Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. Mühakimə olunan hər iki şəxsin dərhal həbs olunmasına hökm verilib.

Onlar, həmçinin kabellərin və qaz boru kəmərinin təmiri və yoxlanılması xərcləri üçün zərərçəkənlərə kompensasiya ödəməlidirlər.

Xatırladaq ki, 2025-ci il dekabrın 31-də Fin körfəzində Estoniya ilə Finlandiya arasında yerləşən sualtı rabitə kabeli zədələnib.

Finlandiya sahil mühafizəsi kabelin zədələnməsində şübhəli bilinən "Fitburq" adlı gəmini və saxlayıb. Gəminin 14 ekipaj üzvü polis tərəfindən saxlanılıb. Ekipaj üzvləri Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olublar./Oxu.Az

Paylaş:

Ən son xəbərlər