Xalq artisti Brilliant Dadaşova bacılarının maddi çətinliklər yaşamaması üçün əlindən gələni etdiyini açıqlayıb.
Sənətçi son müsahibəsində bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.
Brilliant Dadaşova bacılarının heç vaxt kiməsə möhtac qalmasına imkan verməyəcəyini bildirib. O, hətta onların maddi ehtiyaclarını qarşılamaq üçün şəxsi mülklərini satdığını da etiraf edib: