Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Paylaş:
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
Bizi Google News-da izləyin

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı Şəhər BPİ DYP İdarəsindən verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Tofaş” markalı, 10-GU-380 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ü.Mirzəzadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla Ü.Mirzəzadə inzibati qaydada həbs edilib.

Paylaş:

Ən son xəbərlər