Kollektorda yaranan problem aradan qaldırılmır, yüzlərlə ev təhlükə altındadır. Kadrlar Xətai rayonu, Şahin Səmədov küçəsi, Döngə 1 ünvanındandır. Ərazidə ilk çökmə bu ilin fevral ayında yağış kollektorunda baş verən qəza nəticəsində yaranıb. Hadisə zamanı kollektora yaxın inşa edilmiş iki evin həyətində ciddi çökmə qeydə alınıb.
Aylar keçməsinə baxmayaraq, sakinlərin narahatlığı hələ də davam edir.
Onların sözlərinə görə, nə təhlükəli vəziyyətdə olan evlərin boşaldılması təmin edilib, nə də kollektorun təmiri istiqamətində işlərə başlanılıb. Əksinə, çökmə genişlənir, evlərdəki çatlar böyüyür.