Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Bakıda piyadanın ölümünə səbəb olan sürücü həbs edildi 

Paylaş:
Bakıda piyadanın ölümünə səbəb olan sürücü həbs edildi
Bizi Google News-da izləyin

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Səlim Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İbtidai istintaq orqanı tərəfindən Səlim Əliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.

İttihama görə, hadisə bu il yanvarın 7-də saat 07:00 radələrində paytaxtın Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş verib. 

Belə ki, Səlim Əliyev sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E200d” markalı avtomobillə Sabunçu qəsəbəsinin Milli Həmrəylik küçəsi ilə Ziya Bünyadov prospekti istiqamətində saatda 70 kilometr sürətlə hərəkət edib.

Həmin vaxt o, yolun sol kənarından sağ kənarına doğru keçmək istəyən piyada Afaq Rəsulovanı avtomobilin ön hissəsi ilə vurub.

Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Afaq Rəsulova çoxsaylı ağır bədən xəsarətləri alıb. Yaralı müalicə aldığı xəstəxanada vəfat edib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Səlim Əliyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər