Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
Məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.
Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı "Opel" markalı avtomobilə çırpılıb.