Göygöldə bələdiyyənin mühasibinin meyiti iş otağından tapılıb.
Hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Belə ki, kənd bələdiyyəsinin mühasibi, 1961-ci il təvəllüdlü S. Orucovun meyiti onun iş otağında aşkarlanıb.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.