Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Bəzi ixtisaslar üzrə ali təhsil müddəti azaldıla bilər

Paylaş:
Bəzi ixtisaslar üzrə ali təhsil müddəti azaldıla bilər
Bizi Google News-da izləyin

Azərbaycanda ali təhsil müddətinin dörd ildən üç ilə endirilməsi təklif olunur.

Oxu.Az xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Yasamal rayonu əhali sıxlığına, eyni zamanda tələbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir:

"​Ali təhsil müəssisələrin əksəriyyətinin metronun "Elmlər Akademiyası" stansiyasının ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. ​Bu baxımdan ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var. ​İkinci məsələ turizmyönümlü ali təhsil müddətinin optimallaşdırılmasıdır. ​Ölkəmizdə turizm sektoru sürətlə genişlənir və ilbəil turistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. ​Təklif edirəm ki, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin.

​Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkanlar açacaq".

Paylaş:

Ən son xəbərlər