Vətəndaş Elxan Hacıyev ona məxsus çay evinin sökülməsindən şikayətçidir. O iddia edir ki, Ordubad rayonunun Vənəd kəndində kupçalı torpaq sahəsində yerləşən obyekti bir qrup vəzifəli şəxs gecə saatlarında dağıdıb. Sahibkar baş verənlərin qanunsuz olduğunu bildirir və məsələyə aydınlıq gətirilməsini istəyir.
Vətəndaşın sözlərinə görə, söküntü nəticəsində ona 22-28 min manat arasında məbləğdə ziyan dəyib. Bununla yanaşı o, mülkiyyət hüquqlarının pozulduğunu iddia edir.