Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla “general-leytenant” hərbi rütbəsi verilən Zaur Zeynalabdul oğlu Rüstəmov nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının müavini - Hava Döyüş komandiridir.

“General-mayor” hərbi rütbəsi verilən polkovnik Elnur Əli oğlu Ələsgərli Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun rektorudur.


.jpg)