Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hərbi

COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır

Paylaş:
COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
Bizi Google News-da izləyin

Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.

Tədbir Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində baş tutub.

Təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub.

Müdafiə naziri Zakir Həsənov tədbirə qatılmayıb. Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb.

Təlimə hər üç ölkədən 200-dən çox şəxsi heyətin cəlb olunduğunu qeyd edib.

Xatırladaq ki, müdafiə naziri Zakir Həsənov koronavirusa yoluxub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyibp Ərdoğanın noyabrın 8-də Azərbaycana səfəri zamanı məlumat verilib. O, Ərdoğanı rəsmi qarşılama mərasimində iştirak etməyib./konkret.az

Paylaş:

Ən son xəbərlər