Azərbaycanın eşitmə məhdudiyyətli cüdoçusu Coşqun Əliyev Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Cüdoçumuz Bakıda Avropa çempionu oldu
60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda polşalı Yakub Qlenski ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.