Həbsdə olan AXCP sədri Əli Kərimliyə “Maqnitski Mükafatı” verilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Pravda.az-a açıqlamasında bildirib ki, mükafat və mükafatı verən təşkilat qeyd edildiyi kimi nüfuzlu deyil.
Həbsdə olan AXCP sədri Əli Kərimliyə “Maqnitski Mükafatı” verilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Pravda.az-a açıqlamasında bildirib ki, mükafat və mükafatı verən təşkilat qeyd edildiyi kimi nüfuzlu deyil.
E.Məmmədov hesab edir ki, mükafatı verən ən qərəzli, nüfuzsuz təşkilatdır: “Verdikləri mükafat da özləri kimi qərəzlidir. Tək onlar deyil, çox sayda təşkilatlar mükafatları uzun illər boyu torpaqlarımızı işğal edib Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş erməni qatilləri və cəlladlarına da təqdim olunurdu, verilirdi. Yəni Avropa və başqa bölgələrdə yaradılmış fəaliyyət göstərən bu təşkilatların mövqeyi, məramı məlumdur, ölkəmizə qarşı fobiya var. Bunlar Azərbaycanın güclü, nüfuzlu, qalib dövlət kimi olmasını kökündən istəməyən təşkilatlardır. Əli Kərimliyə mükafatı verməkdə məqsədləri nədir? Azərbaycan cəmiyyətində qarışıqlıq salmaq, başqa fikir yaratmaqdır, guya Azərbaycan Kərimliyə qarşı qəsdən nəisə edir. Əli Kərimli həbsdədir, məhkəməsi keçirilir. Azərbaycan qanunları pozulubsa, məhkəmə müvafiq qərarlarını verəcək və məlum olacaq ki, günahı var, ya yoxdur. Yoxdursa, azad olunsun, varsa, Azərbaycan qanunlarına uyğun cəzasını çəkəcək”.
Deputat vurğulayıb ki, Azərbaycana qarşı son 4-5 il ərzində Avropada və başqa yerlərdə müxtəliş şər-böhtan xarakterli qərəzli qətnamələr qəbul edən beynəlxalq təsisatlar var: “Onların mövqeyi, Azərbaycana qarşı münasibəti, məqsədləri bəllidir. Yeganə məqsədi budur ki, Azərbaycanda qarşıdurma, cəmiyyətdə gərginlik olsun, onlar dövlət çevrilişi etsinlər, özlərinin çubuğu, barmağı ilə hərəkət edən kimlər varsa, onları hakimiyyətə gətirsinlər və s. Bu, xülyadır və Azərbaycana qarşı iyrənc, murdar mövqelərdir. Azərbaycan xalqı və dövləti belə reaksiyalara, hərəkətlərə cəsarətlə sinə gərir, cavab verir və onları yerində oturtmağı bacarır. Həmin qüvvələr Azərbaycanla o zaman razılaşdılar ki, ölkəmiz həmişə məğlub dövlət kimi olsun, torpaqları işğal altında qalsın, bir milyondan çox azərbaycanlı qaçqın, köçkün olsun. O zaman bunlar Azərbaycanı istədikləri kimi yönəldə bilərdilər. Ancaq bugünkü güclü, nüfuzlu, beynəlxalq aləmdə səsi, sözü eşidilən Azərbaycan onların gözünü tökür, ürəyini partladır. Ona görə də o təşkilatların biri Azərbaycana qarşı qətnamə qəbul edir, biri mükafatlar təsis edir, digəri Azərbaycanda törətdiyi cinayətlərə görə qaçıb onlara sığınmışlara sığınacaq verir. Bilmirsən, nə oyunlardan çıxırlar. Heç biri siyasətimizə, haqq işimizə maneə olmayıb, ola da bilməyəcək. Yolumuz sülh, əməkdaşlıq, inkişaf yoludur, öz yolumuzla gedirik”.
Şəhanə Qədirli