Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Deputatdan İran XİN-ə CAVAB: “Dostluq belə olur?”

Paylaş:
Deputatdan İran XİN-ə CAVAB: “Dostluq belə olur?”
Bizi Google News-da izləyin

“Noyabrın 3-də Azərbaycan dövləti öz ərazisində İran İslam Respublikasının 14 nəfər vətəndaşını “arzuolunmaz şəxs” elan edib. Onlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, konstitusion quruluşuna qarşı çağırışlarına, dini radikalizm mövqeyindən çıxış etdiklərinə görə bu addım atılıb. Bununla bağlı noyabrın 9-da İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, guya Azərbaycanın 14 nəfər iranlını “arzuolunmaz şəxs” elan etməsi dostcasına addım deyil. Əvvəla, sual yaranır ki, bəs Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli maraqlarına, təhlükəsizliyinə, konstitusion quruluşuna qarşı çağırışlar etmək dostcasına addımdır? Birinci güzgüyə baxmaq və düşünmək lazımdır ki, bu bəyanatı yaymağa hansı mənəvi haqqım var? Dostluq belə olur? Dostluq münasibətlərinə gəldikdə, Azərbaycan hər zaman İranla münasibətlərində mehriban qonşuluq, dostluq siyasətinə sədaqət nümayiş etdirib, indiyə qədər İrana qarşı heç bir sanksiyaya qoşulmayıb, heç vaxt imkan verməyib ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı təxribatçı davranış həyata keçirilsin. Yeri gəlmişkən, Azərbaycan bu prinsipial mövqeyinə görə İrana düşmən olan tərəflərin təzyiqi altına düşüb ki, niyə İrana münasibətdə belə dürüst siyasət həyata keçiririk? Halbuki bunun qarşılığında İran ittihamlar irəli sürür. Hələ 2023-cü ildə İran dörd nəfər vətəndaşımıza münasibətdə “arzuolunmaz şəxs” qaydasını tətbiq etmişdi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, İran tərəf sözügedən 14 nəfərin diplomat olmadığını bildirir: “Həm də  guya Azərbaycan ərazisində olmayıblar. Əvvəla, onların “arzuolunmaz şəxs” elan edilmələri üçün diplomatik şəxs olmalarına ehtiyac yoxdur. Azərbaycan ərazisində olmaları da vacib deyil. Əsas budur ki, onlar Azərbaycanda olmaya-olmaya Azərbaycanın daxili işlərinə qarışır, vətəndaş itaətsizliyi yaratmağa, səfərbər olunmuş cəmiyyəti parçalamağa çalışır, konstitusion quruluşun əleyhinə yönəlmiş fikirlər səsləndirir, dini radikalizmi təbliğ, təşviq edirlər. Belə olan halda, biz nə etməliyik? Buna dözməli, göz yummalıyıq? Dostluq belə olur? Azərbaycanı qeyri-dost addımı atmaqda ittiham edən tərəf əvvəlcə özünə güzgüdə baxsın, görsün ki, onun vətəndaşları Azərbaycana - guya dost hesab etdiyi dövlətə qarşı hansı davranışı sərgiləyiblər. Növbəti suallar da var: onların arxasında kim dayanır? Hələ biz çox dərinə getmirik. İran tərəfinin bu mövqeyi qəbuledilməzdir. İlk növbədə, İran və Azərbaycan arasında formalaşmış mehriban qonşuluq münasibətlərinə xələl gətirən 14 nəfərə qarşı İranın öz daxilində də  qanunamüvafiq şəkildə müəyyən cəza tədbirləri görülməlidir. Bu, baş verərsə, onda hesab edərik ki, İran tərəfi Azərbaycana dost ölkə kimi yanaşır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər