Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Qəzaya düşən deputatla bağlı AÇIQLAMA

Paylaş:
Qəzaya düşən deputatla bağlı AÇIQLAMA
Bizi Google News-da izləyin

Gecə saatlarında Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasından bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Zeynalov Təbriz Eyvaz oğlunun müalicəsi isə neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər