“ABŞ-İran münaqişəsinin davam etməsi dünya iqtisadiyyatına ciddi təzyiqlər yarada bilər. Bu, həm enerji resurslarının, kənd təsərrüfatı sahələrinin, həm də ərzağın qiymətinin artmasına ciddi təsir göstərə bilər”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli davam edən ABŞ-İran müharibəsinin doğurduğu fəsadlardan danışarkən deyib.

O bildirib ki, davam edən müharibə dolların ucuzlaşmasına təsir edə bilər: “Bu da həm dünyada qızılın ucuzlaşmasına və digər iqtisadi əlaqələrin zəifləməsinə səbəb olacaq. Hesab edirəm ki, bu münaqişə zamanı Çin iqtisadiyyatının daha da inkişaf etməsi və güclənməsi müşahidə oluna bilər. Yaxın Şərqdə ciddi iqtisadi çətinliklər yarana bilər. Əlbəttə müharibənin böyüməsi tək region üçün deyil, bütün dünya iqtisadiyyatı üçün ciddi təhdiddir. Qiymət artımına, bəzi ölkələrdə kəskin inflyasiyaya səbəb ola biləcək”.
Şəhanə Qədirli