Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.
Dragan Vladisavljeviçin bioqrafiyasını təqdim edirik:
Dragan Vladisavljeviç 1962-ci il iyunun 15-də Serbiyanın Lapovo şəhərində anadan olub.
O, Mostar Hərbi Aviasiya Məktəbini bitirib, 1985-ci ildə Zadar Hərbi Aviasiya Akademiyasından pilot ixtisası üzrə məzun olub. 1996-cı ildə Belqradda Baş Qərargah Məktəbini, 2002-ci ildə isə Baş Qərargah kurslarını bitirib. 2010-cu ildə briqada generalı rütbəsi alıb.
Vladisavljeviç Serbiya Silahlı Qüvvələrinin Batajnitsa hərbi aerodromunda pilot, qırıcı eskadrilya komandirinin köməkçisi və aviasiya alayı komandirinin köməkçisi vəzifələrində çalışıb. Həmçinin Serbiya Hərbi Akademiyasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə fakültəsinin taktika bölməsində professor kimi fəaliyyət göstərib.
2004-cü ildə Serbiya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində baş zabit, 2004–2005-ci illərdə isə Analitika və Qiymətləndirmə şöbəsinin rəhbəri olub.