Uzun müddətdir ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu okeanın o tayındakı fəaliyyəti və gündəlik məşğuliyyəti barədə açıqlama verib.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə aparıcı Fərid Rəsulla söhbəti zamanı danışıb. O bildirib ki, Amerikada da musiqi fəaliyyətini davam etdirir, müxtəlif ştatlarda keçirilən toy və ad günü mərasimlərinə dəvət alır.