Xəbər verdiyimiz kimi, Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb.
Məlumata görə, Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və tikinti işləri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi üzə çıxıb.
İlkin məlumatlarda həmin layihələr çərçivəsində təxminən 15 milyon manat vəsaitin mənimsənilməsi ehtimalından bəhs edilir.
Məlumata görə, Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məhz bu araşdırmalar çərçivəsində çağırılıb.