“Yəqin ki, Prezident Administrasiyasının keçmiş şöbə müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov barədə də araşdırılma aparılacaq. İsrailin keçmiş baş naziri Qolda Meirin bir sözü var idi - Ən birinci insanlara, təhsilə, səhiyyəyə, orduya dəyər verin, bir də kimlər rüşvət alıblarsa, onlar yeddinci qatına qədər vətən xainidirlər. Biz də bu prinsiplə yaşamalıyıq ki, rüşvət alan da, rüşvət verən də yeddinci qatına qədər xalq düşmənidir. Kim rüşvət alıbsa, hamısı öz cəzasını çəkməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
