Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Əməkhaqlarında kəskin artım gözlənilir? - AÇIQLAMA

Paylaş:
Əməkhaqlarında kəskin artım gözlənilir? - AÇIQLAMA
Bizi Google News-da izləyin

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin də nə üçün eyni səviyyədə yüksəlmədiyi müzakirə edilir.

Bəs pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması mümkündürmü?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, gələn ildən 1180 manata qədər olan təqaüdlərin 10 faizə qədər artması gözlənilir. 

O qeyd edib ki, Bu, təqaüd alanların 91 faizidir: “Yəni daha kəskin artım gözlənilmir. Çünki büdcə müzakirələri gedir və səsləndirilən rəqəmlərə baxanda görürük ki, gələn il təqaüdlərin artım tempi 8-10 faiz civarında olacaq. Bundan artıq artım gözlənilmir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər