Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Ərdoğandan Azərbaycana gələcəyi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Paylaş:
Ərdoğandan Azərbaycana gələcəyi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Bizi Google News-da izləyin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

O, bu barədə mediaya açıqlamasında məlumat verib.

“Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.

APA

***

12:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Oxu.Az

Paylaş:

Ən son xəbərlər