Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən məşhur misralarını səsləndirib.
Pravda.az bildirir ki, Ərdoğan bu misraları Prezident İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib.
Birdir bizim hər halımız,
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Ərdoğan daha sonra ay-ulduzlu Türkiyə bayrağı ilə Azərbaycan bayrağının göylərdə daim yan-yana dalğalanmasını arzulayıb və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.