Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Paylaş:
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Bizi Google News-da izləyin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.

"Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək.

Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq", - məlumatda deyilir.

Paylaş:

Ən son xəbərlər