Evlərin zirzəmisinə içməli su dolub. Sakinlər "Teymuroğlu" MTK-dan şikayətçidirlər.
Paytaxtın Nəsimi rayonu, Mərdanov qardaşları 140 ünvanında yaşayan sakinlər "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Onlar iddia edirlər ki, bir neçə il əvvəl arxa küçədə evlər sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilib. Sökülən evlərin içməli su xətləri isə ləğv edilmədən borulara çiv vurulub. Bir müddət əvvəl isə yeraltı borulardan içməli su ətrafdakı evlərə dolub.
Sakinlər bildirirlər ki, problem səbəbindən onların əşyalarına xeyli ziyan dəyib. Zirzəmilərə dolan su nasoslar vasitəsiylə evlərdən çəkilib.