Bakı Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Kərim Kərimov 2023-cü ilin iyul ayının əvvəllərində rəsmi nikah münasibətlərində olduğu qadınla birlikdə yaşadığı ünvanda onun evdə olmamasından istifadə edərək, 14 yaşına çatmayan ögey qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Belə ki, təqsirləndirilən şəxs həmin vaxt evdə olan yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin fiziki müqavimət göstərmək imkanının məhdud olmasından, yəni köməksiz vəziyyətindən istifadə edib.