Gecə klublarından yayılan səs-küy, qarşısında yaşanan mübahisələr sakinləri təngə gətirib...
Görüntülər paytaxtın Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi 22 ünvanında yerləşən "Room", "On-Off" və digər əyləncə məkanlarındandır.
Sakinlər iddia edirlər ki, binanın yaxınlığında və alt mərtəbəsində fəaliyyət göstərən əyləncə məkanlarında səs-küy, yüksəksəsli musiqi gecə saatlarından səhərədək davam edir.