Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan avtomobil alaraq Azərbaycana gətirmək istəyənlər əlavə olaraq 450 lari (təxminən 295 manat) ödəməli olacaqlar.
Pravda.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Gəlirlər Xidmətinin müəyyən etdiyi yeni rüsum noyabrın 16-dan qüvvəyə minib.