Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib.
Pravda.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin bugünlərdə birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı sərəncamında Fəridə İslam qızı Rzayevanın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yenidən hakimi təyin olunması əks olunub.