ABŞ administrasiyası İranın nüvə proqramı haqqında kritik məlumatları təqdim edən şəxslərə 20 milyon dollara qədər pul mükafatı veriləcəyini elan edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi bəyanata görə, mükafat proqramı İranın nüvə obyektləri, texniki avadanlıqları və bu proqramla əlaqəli şəxslər barədə dəqiq məlumatların əldə olunmasını hədəfləyir.
Təhlükəsizlik məqsədilə məlumat təmin edən şəxslərə və onların ailələrinə başqa ölkəyə köçmək imkanının da yaradılacağı bildirilib.