Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib.
Sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər.
Həmin şəxslərdən biri bildirib ki, Türkiyənin Azərbaycanın daxili məsələlərinə qarışmaq haqqı yoxdur: “Onlar sizin daxili işlərinizə qarışırlarmı? Xeyr, müdaxilə etmirlər”.