Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

İlkin Süleymanovun atası vəfat etdi

Paylaş:
İlkin Süleymanovun atası vəfat etdi
Bizi Google News-da izləyin

Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun atası İbrahim Süleymanov vəfat edib.

Bu barədə Pravda.az-a İlkin Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib.

O bildirib ki, atasının səhhətində ciddi problem olmayıb: “Ən çox qardaşımı soruşurdu. Son bir ildir, bir az narahat idi...”

Xatırlatma: 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verən hadisəyə görə təqsirləndirilən İlkin Süleymanova elan olunan ittihama görə, o, həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.

İ.Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Digər məhkəmə instansiyaları da qərarı qüvvədə saxlayıblar.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər