İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sərnişinləri - 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva və 1981-ci il təvəllüdlü Mənsur Rzayev ər-arvad olublar. Qəza nəticəsində Gülrəng Əliyeva həyatını itirib, Mənsur Rzayev isə xəsarət alıb.
Qeyd edək ki, hadisə zamanı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov da həlak olub. Avtomobildə olan hər üç şəxs Füzuli rayon sakinidir.
Məlumata görə, qəza 1982-ci il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi DAF markalı yük avtomobili ilə Həsən Həsənovun idarə etdiyi KIA markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
12:38
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.