Hindistanın cənubundakı Tamilnad ştatının Hosur şəhərində yerləşən “Tata Electronics” şirkətinin müəssisəsində baş verən hadisə nəticəsində üç işçi həyatını itirib.
Bu barədə ştat hökumətinin nümayəndəsi Virudhay Maqal Kirthana “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, sözügedən müəssisədə “Apple” şirkətinin “iPhone” smartfonları üçün korpuslar və digər komponentlər istehsal olunur.
“Tata Electronics”in Hosur müəssisəsində üç nəfərin faciəvi şəkildə həyatını itirməsindən dərin kədər hissi keçirirəm”, – hökumət nümayəndəsi bildirib.
O, hadisənin səbəblərinin hərtərəfli araşdırılacağını və nəticələrə uyğun tədbirlər görüləcəyini vurğulayıb.