Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən cari ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.
Fonddan bildirilib ki, müraciətlərin qəbuluna noyabrın 13-ü saat 15:00-dan etibarən başlanılacaq. Vətəndaşlara noyabrın 12-dək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir. Müraciətlərin qəbulu “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.