Bavariyanın baş nazirinin müavini, federal torpağın iqtisadiyyat naziri və "Azad Seçicilər" Partiyasının lideri Hubert Ayvanqer Berlində hotellərdən birində ölü tapılıb.
Bu barədə "Bild" nəşri Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, noyabrın 4-də, çərşənbə günü Berlində "Azad Seçicilər" Partiyasının nümayəndəliyinin açılışı olub. Ayvanqer özünü yaxşı hiss etmədiyi üçün tədbirdə iştirak etməyib və Almaniya paytaxtının mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb.