Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

İri Şəhərlərin Su Təchizatı Xidməti təkzib etdi

Paylaş:
İri Şəhərlərin Su Təchizatı Xidməti təkzib etdi
Bizi Google News-da izləyin

Bu gün bəzi media orqanlarında yayılan “Ceyranbatan gölündən meyit tapıldı” məzmunlu heç bir rəsmi mənbəyə istinad olunmayan məlumat ictimaiyyətə yanlış təqdim olunub.

Bu barədə Pravda.az-a İri Şəhərlərin Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib.

“Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib”, - məlumatda bildirilib.

Qurum media və sosial şəbəkə hesabları təmsilçilərinə çağırış edib: “İri Şəhərlərin Su Təchizatı ilə bağlı hər hansı informasiyanı yaymadan öncə qurumun mətbuat xidməti ilə dəqiqləşdirmənizi xahiş edirik”.

Paylaş:

Ən son xəbərlər