Lənkəranda kişi meyiti aşkarlanıb.
Rayon sakini, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisindəki qamışlıqda tapılıb.
İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb. Nəticədə kişinin meyiti aşkarlanıb.
Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Hələlik xəsarətin ehtiyatsızlıqdan yıxılma nəticəsində, yoxsa başqa şəxs tərəfindən yetirildiyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.