İsrail ABŞ-ı İranla sonsuz müharibəyə cəlb etməyə çalışır.
Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“İsrail ABŞ-ı İranla sonsuz müharibəyə sürükləmək üçün var gücü ilə çalışır. Bu, nə indiki, nə də gələcək prezidentin, istər respublikaçı, istərsə də demokrat olsun, çıxa bilməyəcəyi bir bataqlıqdır”, – Qalibaf qeyd edib.