Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin diqqətinə, noyabrın 6-dan etibarən təhlükəsizliyə dair yeni tələblər tətbiq olunacaq.
Yeni tələbə əsasən, tüstü bacası və ya sorucu avadanlığı olmayan isidici və suqızdırıcılarda xüsusi sensordan istifadə məcburi olur.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, bəzi təməl təhlükəsizlik qaydaları - məsələn, qaz xətlərinin hermetik olması, yanmamış qazın yığılmasının qarşısının alınması və yanma məhsullarının məkana sızmaması tələbləri əvvəllər də var idi. Lakin yeni reqlamentlə bu qaydalar hüquqi və texniki baxımdan məcburi standart şəklinə salınır və istehsalçılar, idxalçılar, eləcə də xidmət göstərən qurumlar üçün sərt öhdəliklər müəyyən edilir.